"Qarabağ"ın Markolarıyla bağlı üzücü xəbər

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Zaqreb "Dinamo"suyla Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

Bu barədə Presssport.az Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Belə ki, Bolqarıstanda “Ludoqorets”lə III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC