"Neftçi"dən azarkeşlərə jest

Misli Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

Presssport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcək.

Xatırladaq ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC