"Sabah"ın Avropa məcarəsi bitdi

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

Presssport.az xəbər verir ki, Masazırda baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qol fasilədən az sonra vurulub. 

Onu da bildirək ki, Krunoslav Renduliçin komandası Dublində olduğu kimi, matçı 10 nəfərlə bitirib. Belə kİ, bu dəfə qırmızı vərəqə hələ ilk hissədə qeydə alınıb

İrlandiyada reallaşan ilk oyunda da eyni hesabla məğlub olan "Sabah" avrokuboklarda mübarizəni dayandırıb.

Xatırladaq ki, Konfrans Liqaısnda mübarizəyə II təsnifat mərhələsindən başlayan 2Sabah" Hayfa "Makkabi"sini (səfərdə 3:0, evdə 3:6) oyunsonrası penaltilərlə keçmişdi. 

15 avqust (cümə axşamı)

20:00. “Sabah” - “Sent Patriks” - 0:1

Qol: Z.Elbuzedi, 48

Qırmızı vərəqə: S.Çakla ("Sabah", birbaşa)

Baş hakim: Marcel Birsan

Baş hakimin köməkçiləri: Radu Ghinguleac, Adrian Vornicu

Dördüncü hakim: Andrei Antonie

VAR hakimləri: Radu Petrescu, Rares Vidican

(Hakimlər briqadası Rumıniyadandır)

Bakı. "Əlincə Arena" stadionu

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 6. Abdullah Xaybulayev, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 11. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko

Baş məşqçi: Krunoslav Renduliç

"Sent Patriks Atletik": 94. Jozef Ananq, 3. Antoni Breslin, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 21. Aksel Syöberq, 6. Ceymi Lennon, 17. Romal Palmer, 8. Kris Forrester, 20. Cek Mölreni, 26. Zaxari Elbuzedi, 9. Meyson Melia

Baş məşqçi: Stefen Kenni

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC