Renduliç özünü günahkar saydı: "Bu gün "Sent Patriks"dən daha yaxşı idik, bəlkə başqa oyuna baxmışam?"

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Sent Patriks Atletik"ə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav renduliç matçdan sonra kçeirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı düşüncələrini bölüşüb

- Hər şeyi gördünüz. Bu gün rəqibdən daha yaxşı idik. Qırmızı vərəqədən sonra çox çətin idi. Amma buna baxmayaraq, yenə hər şeyə nəzarət edirdik. Bu iki oyunun çox hissəsini azlıqda oynadıq. Avropa səhnəsində bu, çox ağırdı. Futbolçular əllərindən gələni etməyə çalışdı. Əfsuslar olsun ki, bu gün istəyimizə nail ola bilmədik.

- Hansı komponentlərə görə rəqibdən yaxşı olduğunuzu deyirsiniz?

- Onlardan daha yaxşı idik. Amma əfsuslar olsun ki, uduzduq. Rəqib hansı komponentdə bizdən üstün idi? Ancaq nəticəyə baxırsınız. 

- Rəqib qapıya bir zərbə vurdu, o da qol oldu. Dəqiqlikdə sizdən üstün olduqlarını demək olmaz?

- Bəli, nəticə faktdı - uduzduq.

- Tarixdə nəticə qalır...

- Razıyam. Amma futbolçularımın yanaşmasına heç nə deyə bilmərəm. Onlar döyüşdü, mübarizə apardı.

- "Sabah"da hər şey yaxşıdı?

  • Belə söz demədim. Dedim ki, bu gün "Sent Patriks"dən daha yaxşı idik. Bəlkə başqa oyuna baxmışam?

- Uzun müddətdir futbol oynamayan Abdullah Xaybullayevi əsas heyətdə meydana buraxmağınızın səbəbi nə idi?

- İvan Lepiniça qırmızı vərəqəyə görə oynamırdı. Ayaz Quliyev də zədəlidi. Təxminən 3 ay oynamayacaq. Bir Şakir Seyidov qalmışdı. Xaybullayev Şakirə nisbətən daha güclü oyunçudu. Buna görə belə seçim etdim.

- Bugünkü məğlubiyyətdə günahkar kimdir?

- Həmişə baş məşqçi günahkardı. Qorxmuram, məsuliyyəti öz üzərimə götürürəm.

- Çox rahat görünürsüz. Bunun səbəbi nədir?

- Ötən mövsüm "Turan Tovuz"a məğlub olandan sonra da mənə belə sual vermişdilər. İşlə bağlı məsələlərdə heç vaxt rahat görünmürəm. Ola bilər sizə belə gəlir. Mənim üçün işim çox ciddidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC