Qapıçısı "Zirə"ni tarixində ilk dəfə pley-offa çıxardı

"Zirə" Konfrans Liqasında növbəti oyununu keçirib.

Presssport.az Rəşad Sadıqovun komandası III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

Mərdəkandakı matçda qalib müəyyənləşməyib - 2:2. Qonaqlar 2 dəfə hesabda irəli çıxsalar da, son dəqiqədə bərabərlik qolunu vuraraq müvarizəni 30 dəqiqəlik əlavə vaxta apara bilmişik. Belə ki, səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 

30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burda braziliyalı qapıçısı Tyaqu Silva 4 zərbəni dəf edib və daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Zirəlilər bu raundda Kiprin "Omoniya" klubuyla görüşəcək.

15 avqust (cümə axşamı)

20:30. “Zirə” – “Osiyek”

Baş hakim: Julian Weinberger

Baş hakimin köməkçiləri: Maximilian Kolbitsch, Andreas Witschnigg

Dördüncü hakim: Stefan Ebner

VAR hakimləri: Walter Altmann, Andreas Heiss

(Hakimlər briqadası Avstriyadandır)

Bakı. “Dalğa Arena” stadionu

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 8. İsmayıl İbrahimli, 18. Junior Martins, 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov

Baş məşqçi: Rəşad Sadıqov

"Osiyek": 1. Nikola Kavlina, 22. Roko Yurişiç, 14. marko Soldo, 26. Luka Yeleniç, 36. nail Omeroviç, 7. Verdan Yuqoviç, 6. Darko Neyaşmiç, 66. Petar Pusiç, 39. Domaqoy Bukviç, 34. Anton matkoviç, 9. Kemal Ademi

Baş məşqçi: Federiko Koppitelli

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC