"Osiyek"in baş məşqçisi bəxtsizlikdən gileyləndi: "Əmin olun ki, erməni futbolçumuzu Bakıya gətirsəydik, oynayacaqdı"

"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşünün penaltilər seriyasında "Zirə"yə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Presssport.az xəbər verir ki, Xorvatiya təmsilçisinin italiyalı baş məşqçisi Federiko Koppitelli oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu matçdakı uğursuz nəticəni nə ilə əlaqələndirirsiniz?

- "Zirə" çox yaxşı komandadı. Avropa Liqasından bura gəlmişdi. Birinci səbəb budur. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib mərhələ keçdi. 

- Dünən demişdiniz ki, komandanız penaltilər seriyasına hazırdır, amma cəmi bir qol vura bildiz...

- Nə deyim? 5 penaltidən cəmi 1-ni dəqiq vurduq. bəxtimiz gətirmədi. Zədəlilərimiz var idi. Transfer dövründə də kifayət qədər oyunçu ala bilmədik.

- Azərbaycan klubuna məğlubiyyət Xorvatiyada sizə qarşı tənqidləri artıra bilər?

- Ölkəyə görə müqayisə etmək istəməzdim. Dediyim kimi, "Zirə" çox yaxşı komandadır. Çox yaxşı çıxış etdi.

- Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdiniz. Sizcə, bunun səbəbi nə idi?

- 15-16 oyunçumuz var. Hər bir futbolçuya təşəkkür edirəm. Xüsusilə də müdafiəçilərimiz yarımmüdafiəçi kimi çıxış etdilər. "Zirə"ni bazar günü izləmişdim. Başqa heyətlə oynamışdı. Onlarda 6 oyunçu fərqi var idi, bizdə isə eyni heyət idi. Yorğunluğumuz var idi.

- Fikrinizcə, məğlubiyyətə səbəb hakim ola bilər? Ona çox tez-tez etiraz edirdiniz...

- Bunu məğlubiyyətin səbəbi kimi adlandırmaq istəməzdim. O, öz işini görürdü, biz də. Eyni epizodları fərqli dəyərləndirirdi. 

- Erməni futbolçunuz Styopa Mkrtçyanı gətirmədiyiniz üçün  peşmansız? Çünki Azərbaycan tərəfi onun təhlükəsizliyinə təminat vermişdi...

- Gətirə bilsəydik, gətirərdik. Sadəcə, klubumuzun qərarı, mövqeyi belədi. Əmin olun ki, gətirsəydik, oynayacaqdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC