"Dinamo"nun baş məşqçisi üçün "Qarabağ" çox mütəşəkkil komandadı: "Oyunlarda hər bir detal çox vacib olacaq"

Zaqreb “Dinamo”sunun  baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsində rəqibləri olan "Qarabağ" haqda danışıb.

Presssport.az xəbər verir ki, 47 yaşlı xorvatiyalı mütəxəssis klubunun mətbuat xidmətinə açıqlamasında Azərbaycan çempionunun mütəşəkkil komanda olduğunu söyləyib:

"Qarabağ"la matçdan əvvəl "transfermarkt" portalında komandaların dəyərinə baxanda düşünürsən ki, "Ludoqorets" favoritdi. Ancaq bu, meydana çıxana və matç başlayana qədər belə olur. Oyun "Ludoqorets"in əlində idi. Sonra öz səhvləri ilə, xüsusilə müdafiədə etdikləri xətalarla oyunu əldən verdilər. Mənim üçün “Qarabağ” çox mütəşəkkil komandadı. Onlar taktiki və texniki cəhətdən çox yaxşıdı, təhlükəli və sürətlidi. Şübhəsiz ki, hər iki oyuna yaxşı hazırlaşmalıyıq.".

Yakiroviç deyib ki, çempionumuzu mümkün qədər təhlil edirlər: "Hər bir detal çox vacib olacaq. Ümid edirəm ki, azarkeşlərimizin köməyi ilə cavab görüşündən əvvəl üstünlük qazanacağıq".

Xatırladaq ki, "Qarabağ" "Dinamo" ilə ilk oyunu avqustun 20-də Zaqrebdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bundan 8 gün sonra Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC