"Zirə" Azərbaycan futbolunda bu sindromu qırdı

“Qarabağ”ın ardından "Zirə" Azərbaycan futbolunun tarixinə düşüb.

Presssport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası buna Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu mübarizədən kənarlaşdırmaqla nail olub.

Belə ki, bu vaxtadək təmsilçilərimiz avrokuboklarda Xorvatiya klublarını üstələyə bilməmişdi.

"Xəzər Lənkəran" 2007-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo" ilə üz-üzə gəlib. Hər iki görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Zaqrebdəki cavab qarşılaşmasının əlavə vaxtında meydan sahibləri 2 qol vuraraq mərhələ adlayıb.

Bundan 4 il sonra həmin “Dinamo” yenidən ölkəmizə gələrək, bu dəfə "Neftçi"yə rəqib olub. Çempionlar Liqasına təsadüf edən duelin ilk matçı "Maksimir" stadionda keçirilib. Üç cavabsız qola sevinən xorvatlar Bakıda qolsuz bərabərliyə nail olaraq növbəti mərhələyə vəsiqə əldə edib.

Onu da bildirək ki, “Qarabağ”ın ÇL-in pley-off mərhələsində “Ludoqorets”i keçərək vəsiqə qazanıb və bununla da ilk dəfə bolqar səddini keçmişik.  

Xatırladaq ki, səfərdə rəqibi ilə heç-heçə (1:1) edən “Zirə” evdə də bərabərliyə nail olub - 2:2. Penaltilər seriyasında daha dəqiq olan "Zirə" pley-offa yüksəlib. Qəsəbə təmsilçisi Konfrans Liqasının pley-offunda Kiprin “Omoniya” klubuyla üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC