"Qarabağ" Çempionlar Liqasından göndərdi, Avropa Liqasında da dayandı

Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Presssport.az xəbər verir ki, keçirilən 11 cavab matçından sonra "Dinamo" (Minsk, Belarus), "Rapid" (Avstriya, "Elfsborq" (İsveç), "Viktoriya" (Çexiya), "Molde" (Norveç), "Luqano" (İsveçrə), "Makkabi" (Təl-Əviv, İsrail), "Ayaks" (Niderland), "Braqa" (Portuqaliya), "Şemrok Rovers" (İrlandiya) və "Borats Banya Luka" (Bosniya və Herseqovina) pley-offa vəsiqə qazanıb.

"Qarabağ"ın Çempionlar Liqasından kənarlaşdırdığı Cəbəllütariqin "Linkoln" klubu Minsk “Dinamo”suna hər 2 matçda uduzaraq Avroliqada da dayanıb və Konfrans Liqasına yollanıb. Qardaş Türkiyənin təmsilçisi "Trabzonspor" isə Vyana “Rapid”ini keçə bilməyib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC