Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov idman paytaxtı Qubada "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb.

Presssport.az xəbər verir ki, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində keçirilən toplantıda "Gənclərin liderlik, idarəetmə və effektivlik simulyasiyası" təşkil edilib.

Tədbirdə 15 universiteti təmsil edən 30-dan çox gənc, eləcə də idman səfirləri, Azərbaycan İdman Akademiyasının prorektorları iştirak edib.

Gənclər “Beynəlxalq idman diplomatiyası: Qlobal sülh və inkişaf üçün idmanın rolu”, idman tədbirlərinin və idman diplomatiyasının ölkələrarası münasibətlərə təsiri, konfliktlərin azaldılması və qlobal inkişaf məqsədləri barədə çıxışlar hazırlayıb, müzakirələr aparıb.

Layihənin məqsədi gənclər arasında idman sahəsi üzrə maarifləndirmənin aparılması, natiqlik, əsaslandırma, təqdimat sahəsində biliklərini artırmaq, onlarda idman vasitəsilə komanda işi, liderlik və əzmkarlıq kimi əsas bacarıqları inkişaf etdirməkdi.

Avqustun 18-dək idman liderliyi, komanda quruculuğu üzrə təlim sessiyaları, enercayzerlər, qrup müzakirələri, rol oyunları, simulyativ xarakterli iclaslar, açılış və bağlanış mərasimi baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC