"Dinamo" qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək

2024/25 mövsümündə ən azı Konfrans Liqasının qrup mərhələsində vəsiqəni təmin edən Minsk "Dinamo"su avrokuboklarda qrupda ev oyunlarını Azərbaycanda keçirəcək. Presssport.az xəbər verir ki, bu haqda Belarus KİV-i məlumat yayıb. 

Belə ki, paytaxt təmsilçisi rəqiblərini Azərbaycanda - Sumqayıt şəhərində qəbul edəcək. Orda əsaslı təmirdən və yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına stadion 15350 tamaşaçı tutumuna malikdi.

Belarus klubu Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə qarşılaşacaq. “Dinamo” Belçika təmsilçisini keçə bilməsə, Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.

Xatırladaq ki, UEFA-nın Belarusda oyunları keçirmək qadağasına bu klublar qitəmiqyaslı tunirlərdə ev matçlarını başqa ölkələrdə keçirməyə məcburdu. Minsk "Dinamo" bu yay Macarıstanda rəqiblərini qəbul edib və Çempionlar Liqasının II təsnifat mərhələsində “Ludoqorets”i keçsəydi, “Qarabağ”la qarşılacaqdı. Bu komandanın keçən yay Konfrans Liqasının I təsnifat mərhələsində "Jelezniçar"la ev matçını Bakıda - “Azərsun Arena”da keçirdiyini də xatırladaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC