İqor Ponomaryovun və "Mehdi Hüseynzadə"nin uzun fasilədən sonra qayıdışı

Bu gün Premyer Liqasında XXI tur başlayır.

Presssport.az xəbər verir ki, bu dəfə də tur 3 gündə olsa da, start şənbə günü olacaq.

Lider "Qarabağ" bu çempionatda məğlubiyyətlərdən birini məhz "Səbail" səfərində alıb. Özü də hesabda irəlidə olduğu qarşılaşmada. Bu komandaların son 10 oyunu 3 və ya daha çox qol vurulduğunu nəzərə alsaq, yetərincə məhsuldar alınır. “Qarabağ” texniki məğlubiyyəti nəzərə alınmamaqla bütün matçlarda rəqib qapısına yol tapmağa müvəffəq olub. 

“Sabah” baş məşqçi əvəzi olan İqor Ponomaryovun rəhbərliyi altında 27 aylıq fasilədən sonra meydana çıxacaq. 64 yaşlı mütəxəssis son dəfə Murad Musayevin gəlişinədək komandanı oyuna çıxararaq Qəbələdə eyniadlı komandanı 3:1 hesabıyla məğlub etmişdi. Onu da nəzərə alaq ki, “Turan Tovuz” Masazıra son 2 səfərində qol buraxmadan qalib gəlib. Bu komandaların bütün matçlarda qonaqların qol vurması diqqət çəkir. Son 5 oyunda meydan sahibi olan komanda ümumiyyətlə, xal qazanmayıb.

Bu turda Qəbələdə 2 matç olacaq. Əvvəlcə meydan sahibi meydana çıxacaq. "Qəbələ" bu çempionatda ilk qələbəsini qazandığı "Zirə"ni qonaq edəcək. Rəşad Sadıqovun komandası bu çempionatda ilk məğlubiyyətini məhz Qəbələdə alıb. Ümumiyyətlə, “Qəbələ” bu rəqiblə son 3 matçda rəqibini xalsız yola salıb. 

Ertəsi Qəbələdə isə “Kəpəz” oynayacaq. Gəncəlilər bu dəfə həmin məkanda "Araz-Naxçıvan"ı qəbul edəck. “Kəpəz”in baş məşqçisi Adil Şükürov üçün Naxçıvan klubu o mənada tanışdı ki, yaxın keçmişdə onun futbol akademiyasında işləyərək üzvü idi. Maraqlıdı ki, Şükürovun yaxşı tanıdığı Azər Bağırov bu mövsüm Nizami yurdunun təmsilçisiylə hər 3 dueldə müxtəlif həmkarlarlyla görüşür. Bu, ilk dəfə Azər Məmmədovla, ardından isə onun istefasından sonra köməkçisi Etibar İbrahimovla olub.

Bu turun əsas diqqətçəkən hadisəsi heç şübhəsiz ki, Sumqayıtdakı görüşlə bağıdı. Belə ki, bu şəhərin əsas arenası olan Mehdi Hüseynzadə adına stadionda əsaslı təmir və yenidə qurma işləri səbəbindən uzun fasilədən sonra ilk matç keçiriləcək. “Sumqayıt”la “Neftçi” kubokun 1/4 final mərhələsində rəqqibdi və 10 gündə 3 dəfə qarşılşamalı olur. “Ağ-qaralar” bu mövsüm son Sumqayat səfərlərində adətən qalib gəlir. 
 


 

 

3 fevral (şənbə)

“Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00

Cari çempionatdakı matçlar - 2:1, 1:3

“Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”, 17:30

Cari çempionatdakı matçlar - 0:3, 3:2

4 fevral (bazar)

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

Cari çempionatdakı matçlar - 0:1, 2:1

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:30

Cari çempionatdakı matçlar - 1:0, 0:1

5 fevral (bazar ertəsi)

“Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 15:00

Cari çempionatdakı matçlar - 1:2, 1:0
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC