Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıb

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılmaq üçün Qazaxıstana yollanıblar.

Presssport.az xəbər verir ki, millinin heyətində 6 idmançı yer alıb.

Bunlar Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılıdır. Onlar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatıda Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər.

Qeyd edək ki, toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC