"Mehdi Hüseynzadə"də mövsümün rekordu qeydə alındı

"Sumqayıt" Premyer Liqanın XXI turunda "Neftçi"ni 2:1 hesabıyla məğlub etdiyi matçı yeni təmirdən çıxmış Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 8100 tamaşaçı tribunadan izləyib. 

Presssport.az xəbər verir ki, bu, cari mövsümün rekord göstəricisidir. Belə ki, çempionatda 2023/24 mövsümünün bundan əvvəlki azarkeş rekordu X turun “Turan Tovuz” – “Qarabağ” oyununa məxsus idi. Tovuz şəhər stadionunda 2:2 hesabı ilə başa çatan həmin matçı 6000 tamaşaçı izləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC