Millimizin "Cibo"su sabiq klubuna qayıtdı

"Gəncə" basketbol klubu Azərbaycan millisinin üzvünü heyətinə qatıb.

Presssport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" Cəbrayıl Əkbərovla anlaşıb. "Cibo" ləqəbli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Basketbolçu 2022/2023 mövsümündə də Gəncə klubunun formasını geyinib. O, komanda ilə Azərbaycan Kubokunun qalibi olub və ölkə çempionatında gümüş mükafata sahib çıxıb. Ötən mövsüm "Sərhədçi"də çıxış edən Cəbrayıl Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları üçün "Sabah"ın heyətində də yer almışdı.

Xatırladaq ki, "Gəncə" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs, Barrel Romelo və Marqus Gilson ilə müqavilə bağlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC