Balkan Kubokunda təmsilçilərimiz olacaq gimnastlar müəyyənləşib

Azərbaycanı Monteneqronun Budva şəhərində keçiriləcək Balkan Kubokunda təmsil edəcək bədii gimnastlar müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda məşqçilər Sənan Mahmudlu, Daria Lehka və Nəzrin Cəfərzadənin rəhbərliyi altında fərdi proqramda Mədinə Dəmirova, Zəhra Cəfərova, İlona Zeynalova, Şəms Ağahüseynova, Məryəm Baloğlanova, Nur Sadıqova və Azadə Atakişiyeva iştirak edəcək.

Aysel Həsənova və Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.

Onu da bildirək ki, Balkan Kuboku sentyabrın 26-dan 29-dək keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC