Konqonun idman və mədəniyyət naziri Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olub

Azərbaycanda səfərdə olan Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb.

Presssport.az xəbər verir ki, qonaqlar Milli Gimnastika Arenasının mövcud vəziyyəti ilə tanış olub.

Azərbaycan Güləş Federasiyası ilə tanışlıq zamanı qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, idmançıların məşq prosesini izləyib.

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda idmançıların müayinə və müalicəsi barədə məlumat əldə edib.

Qonaqlar Milli Olimpiya Komitəsində və Azərbaycan Cüdo Federasiyasında da görüş keçirib.

Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini və İçərişəhəri də ziyarət edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC