Qılıncoynadanımız Avropanın "Cadet Circuit" turnirinin Tiflis mərhələsində bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən mərhələsində bürünc medal qazanıb.

Qılıncoynatma Federasiyasından Presssport.az-a verilən məlumata görə, son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri 3-cü sırada başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC