“Qarabağ” və “Malmö”nün açıq məşqlərinin vaxtları müəyyənləşdi

Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Presssport.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.

Belə ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da okacaq.

Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC