"Qarabağ" - "Malmö" oyununun hakimləri müəyyənləşdi

Avropa Liqası Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" matçının hakimləri açıqlanıb.

Presssport.az xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, oyunun baş hakimi Anastasios Papapetru olacaq. Ona həmyerliləri olan laynsmanlar Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcək. Dördüncü hakim funksiyasını Aleksndros Tsakalidis yerinə yetirəcək.

Matçın VAR hakimləri də yunanlardı. VAR Angelos Evangelu AVAR isə Athanasios Tzilos olacaq.

Xatırladaq ki, "Qarabağ" - "Malmö" qarşılaşması 3 oktyabr tarixində saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC