Estonlar millimizlə oyun üçün heyəti açıqladı - Zenyovla Sorqa da dəvətlilər sırasında

Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveç millərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yurgen Henn C Liqasının I qrupunda oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç millisinə qarşı Tallində baş tutacaq qarşılaşmalara 26 futbolçu dəvət edib.

Onlar arasında Premyer Liqamızda çıxış etmiş sabiq hücumçular - “Qəbələ” ilə “Sumqayıt”da oynamış Sergey Zenyovla Erik Sorqa da var.  
Qapıçılar: Karl Yakob Heyn (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Karol Mets (“Sankt Pauli", Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Mixail Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);

Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anyer (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Robi Saarma (“Payde”).
Xatırladaq ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC