"Qarabağ" - "Malmö" matçını izləmək üçün Bakıya 50-yə yaxın isveçli azarkeş gələcək

Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” matçını izləmək üçün İsveçdən Bakıya 50-yə yaxın azarkeş gələcək.

Bu haqda Presssport.az0a “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev məlumat verərək İsveç çempionunun Bakıya səfər planı haqqında danışıb.

Məlum olub ki, “Malmö” bu gün axşam Bakıya gələcək: "Rəqibin mətbuat konfransı və açıq məşqi barədə artıq məlumat verilib. İsveçdən çox sayda azarkeşin gələcəyi gözlənilmir. Yəqin ki, sayları 50 nəfərə yaxın olacaq. Çünki xüsusi şəkildə bizə müraciət etməyiblər. Həmçinin 2 jurnalist və öz media komandalarını gətirəcəklər”.

Xatırladaq ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC