Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Presssport.az  xəbər verir ki, Vasif Səlimov (63 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

O, Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.

Onu da bildirək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC