"Macarıstanda oynamaqdansa, Azərbaycana yollanmaq daha yaxşıdı” - "Dinamo"nun futbolçusu

Belarusun “Dinamo” klubunun müdafiəçisi Vadim Piqas Konfrans Liqasının əsas mərhələsi çərçivəsində komandasının qarşıdakı ev oyunlarını Sumqayıtda keçirməsi ilə bağlı fikirlərini bölüşüb.

Presssport.a xəbər verir ki, Minsk təmsilçisinin futbolçusu komandasının ölkəmizdə oynaması ilə bağlı bunları deyib: 

“Macarıstanda oynamaqdansa, Azərbaycanda oynamaq yaxşıdır? Bu, loqistika baxımından daha yaxşıdır. Çünki Minskdən Bakıya birbaşa uçuşlar var və orda hələ də arenaya getmək üçün avtobusla 1 saat vaxt sərf etmək lazımdı. Macarıstanda bu məsələ bir az daha çətindi. Oyunların Minskdə keçirilməsini istəyərdim. Lakin bu, mümkün olmadığı üçün loqistika baxımından ən yaxşı variantı tapmağa çalışırıq. Macarıstanda oynamaqdansa, Azərbaycana yollanmaq daha yaxşıdı”.

Xatırladaq ki, Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehti Hüseynzadə adına stadionda keçirəcək. Bu arenada onlar “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC