"Onun "Qarabağ"la görüşdə daha sağlam və daha qüvvətli olması üçün istirahət verdik"

İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Rüdström ölkə çempionatının 25-ci turunun "Myalbü" ilə oyununda (2:0) braziliyalı müdafiəçi Buzanellonun meydana çıxmamasını şərh edib.

Presssport.az xəbər verir ki, İsveç çempionunun çalışdırıcısı braziliyalı futbolçunu riskə atmadıqlarını və ona Avropa Liqasının əsas mərhələsinin II turunun “Qarabağ”la oyun ərəfəsində dincəlmək imkanı verdiklərini bildirib:

"Onun "Qarabağ"la görüşdə daha sağlam və daha qüvvətli olması üçün istirahət verdik".

Xatırladaq ki, "Qarabağ" - "Malmö" matçı oktyabrın 3-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC