"Qarabağ"a Bakıda uduzmaq niyyətimiz yoxdu"

"Malmö"nün futbolçusu Yens Striger Larsen Avropa Liqasının "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, danimarkalı sağ cinah müdafiəçisi uzun yoldan gəldiklərini vurğulayıb: "Qarabağ"la sabahlı oyun çətin olacaq. Komandamızda müsbət atmosfer var. Amma buna baxmayaraq, uduzmaq niyyətimiz yoxdu".

Yens rəqib haqda müəyyən məlumatlarının olduğunu söyləyib: "Bilirik ki, "Qarabağ" güclü komandadır, Avropada təcrübələri var. Bura əminliklə gəlmişik."Reyncers"lə oyundakı səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC