Sərbəst güləşçilərimiz "Xadartsov qardaşları kuboku”nda 2 medal qazanıb

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb.

Presssport.az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” yarışında İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.

Onu da bildirək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC