Millimiz Türkmənistana uduzub

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, milli komandamız Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 yığmasıyla qarşılaşıb.

Görüş orta asiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

U-16 oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

Onu da bildirək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 milliləri ilə qatılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC