AGF rəsmiləri Goranboy rayonuna səfər edib

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri Goranboy rayonuna səfər edib.

AGF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki,

Goranboyun Qaradağlı kənd orta məktəbində yerləşən güləş zalına baxış keçirilib. 

AGF tərəfindən inventarla təmin edilmiş güləş zalında 80-dən çox yeniyetmə və gənc yunan-Roma güləşinin sirrlərinə yiyələnir. Olimpiya mükafatçısı, 2 qat Avropa çempionu və dünya 2-cisi Həsrət Cəfərov, dünya və Avropa mükafatçısı Taleh Məmmədov, gənclər arasında dünya və Avropa mükafatçısı Əsgər Əlizadə, yeniyetmələr arasında Olimpiya çempionu Elman Muxtarovun yetişdiyi bu məktəb Azərbaycan güləşində xüsusi çəkiyə malikdi.

Qaradağlı kəndinə səfərdə AGF rəsmiləri ilə yanaşı, Həsrət də iştirak edib. O və federasiyanın Hakimlər Kollegiyasının sədri Qərib Əliyev çıxış edərək güləşçilərə öz tövsiyələrini verib, intizamlı olmağın və məşqçilərin tapşırıqlarına can-başla riayət etməyin önəmini qeyd edib. Məktəbin güləş üzrə məşqçi-müəllimləri Aftandil Əliyev və Bayram Bayramov, Qaradağlı kənd məktəbinin direktoru Rəşad Məmmədov isə federasiyaya diqqət və qayğıya görə təşəkkür edib, bu səfərin uşaqlar üçün böyük stimul olduğunu qeyd edib.

Sonda güləşçilərə AGF tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC