"Malmö"nün analiti "Qarabağ"da diqqət yetirməli olduqları futbolçunu açıqladı: "Bu komanda bir az "Hekken"ə bənzəyir"

İsveçin “Malmö” klubunun analitiki Mak Pahey bu gün Avropa Liqasının Liqa mərhələsinin II tur matçında qarşılaşacaqları "Qarabağ" haqda fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Pahey Azərbaycan çempionunun futbolçusu haqda da danışıb: “Qarabağ” futbol oynamağı sevən komandadı. Onların hücum mövqeyində çoxlu texniki oyunçusu var. “Qarabağ”da həm də cinah boyu qaçmağı və hücumlara qoşulmağı sevən çox aktiv müdafiəçiləri var. Yəni. daim hücumu düşünən komandadı”.

"Malmö" təmsilçisi deyib ki, “Qarabağ” bir az “Hekken”ə bənzəyir: "Sadəcə, onların oyunçuları daha çox fərdi azadlıqlara malikdi. “Hekken” mövqe oyununda bir qədər sərt, “Qarabağ” isə sıx oynayır. Bu, bizim üçün yaxşı sınaq olacaq. Kimə diqqət etməlisiniz? Yasin Benzia deyərdim. Riyad Mahrezlə birlikdə Əlcəzair millisində birlikdə oynayır. O, topda olmağı, epizod yaratmağı sevir. Buna görə də Benziyaya diqqət etməliyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC