AFFA 4 klubu cərimələyib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VIII turundakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat cərimələnib.

Eyni matçda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz təmsilçisi 700 manat cərimə edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC