"Neftçi Arena"da bir həsrət bitdi, qaldı...

“Neftçi” "Neftçi Arena"ya qayıdışında cari mövsümdə qələbə həsətini bitirməsə də, bir həsrəti bitirib.

Presssoport.az xəbər verir ki, bu, doğma məkanda nəhayət, qol vurmasıdı.

Belə ki, “ağ-qaralar” “Sumqayıt”la Misli Premyer Liqasının VIII turun matçında rəqib qapısına yol tapa bilib. Bunu reallaşdıran braziliyalı mərkəz müdafiəçisi Yuri Matias 76-cı dəqiqədə bərabərlik qoluna imza ataraq komandasını məğlubiyyətdən xilas edib.

Məlumdu ki, “Neftçi” bunadək öz meydanında yalnzı startda oynamışdı. Bu, ilk turda “Turan Tovuz”la qolsuz bərabərliklə nəticələnən görüşdü. Bundan sonra “Neftçi Arena" yenidənqurma işlərinə görə bağlanması üüzündən komanda 1 aydan artıq öz arenasından ayrı düşməli oldu.

“Ağ-qaralar” keçən çempionata da evdə yekun vursa da, onda da qol vura bilməmişdi. Belə ki, “Sabah”a “Neftçi” Arena"da məğlubiyyət (0:1) "Neftçi"ni nəinki medalçılardan, ümumiyyətlə avrokuboklardan kənarda qoyaraq 5-ci pilləyə yuvarladı.

“Neftçi” öz meydanında son qolunu ilk dövrəni bitirəcəyi rəqibə vurmuşdu. Bu, “Kəpəz” mayın 10-da 5:1 hesabıyla qalib gəldiyi matç idi. Həmin qolun müəllifi, sonradan meydana çıxaraq 86-cı dəqiqədə fərqlənən yetirməsi - hücumçu Ağadadaş Salyanski olub. Elə “Neftçi”nin son qələbəsi də həmin qarşılaşmaya təsadüf edir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC