Azər Bağırov "Kəpəz"lə ilk qələbəsini bütün Gəncəyə, şəhidlərə həsr edib: "Bilirdik ki, doğru yoldayıq"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turunda öz meydanında "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün Gəncəyə olan raket hücumunun il dönümüdür. Qələbəni bütün Gəncəyə, şəhidlərə həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq.

- Hamı "Neftçi"nin qalib gələcəyini düşünürdü. Nəyi dəyişdiz ki, bu gün komandanız qələbə qazandı?

- Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək alınmır, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı.

- Qarşıda milli fasilə gəlir, daha sonra isə "Qarabağ"la oyun. Özünüzü necə hiss edirsiz?

- Çox gözəl hiss edirik. Fasilə xeyrimizə olacaq. Bəzi məqamları yaxşılaşdırmağa çalışacağıq. "Qarabağ"a qarşı oynamaq xoşdu. Uşaqları həmin matça yaxşı kökləmək lazımdı. 

- Oyun planınız nə idi? "Neftçi"nin hansı üstün cəhətlərini təhlil etmişdiz?

- "Neftçi"nin ən üstün cəhətləri cinahları və mərkəzi idi. Hamı istəyər ki, heyətində Ozobiç kimi "10 nömrə" olsun. İlk tapşırığımız bu oldu ki, bizim vingerlər cinahdan çox çıxmasın və rəqbin vingerlərini zərərsizləşdirsin. Braqananın bir az problemi var, ingiliscə yaxşı bilmir. Amma oyundan-oyuna yaxşı olacaq.

- Yeni transferiniz Mahamadu Banın start heyətdə meydana buraxdız. Futbolçu hazır idi?

- Mənim üçün futbolçunun yeni qoşulması önəli deyil. Əsas onun beynində hazır olmasıdır. Fubolçu özü bildirdi ki, 70-80 faiz hazıram. Bu, mənə bəs elədi. Məncə, pis təsir bağışlamadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC