"Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayır" - Tsxadadze

Bu gün I Liqanın IV turuna yekun vurulub.

Presssport.az xəbər verir ki, turun son qarşılaşmasında "Qəbələ" səfərdə "Baku Sportinq"i 2 cavabsız qolla məğlub edib.

"Qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra klubun rəsmi saytına açıqlama verərək oyunla bağlı fikirlərini bölüşüb: "Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir. Futbolçuların zədələnmə ehtimalı çox olur. Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi. Ümumiyyətlə, "Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayır. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq. Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq. Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam".

Xatırladaq ki, “Qəbələ” 4 oyundan sonra 10 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC