"Qarabağ"a 2 qol vuran hücumçu: "Fantastik oyun oynadıq"

İsveçin “Malmö” klubunun futbolçusu Erik Botheim Avropa Liqasının Liqa mərhələsinin II turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (2:1) şərh edib.

Presssport.az xəbər verir ki, norveçli hücumçu Bakıdakı matçdan çox şey öyrəndiklərini söyləyib: "Çox yer buraxmamaq və daha çox nəzarətə sahib olmaq vacib idi. Komanda kimi fantastik oyun oynadıq. Taktiki sarıdan əla idik. Topu daha çox saxlamaq lazım idi ki, bunu bacardıq. Son oyunlarda yenidən formamı bərpa etdim. Qol vurmaq gözəldir. Amma komandanın əməyini qeyd etməyi üstün tuturam. Oyun planına çox aydın şəkildə əməl etdik və bu, öz bəhrəsini verdi”.

Xatırladaq ki, Botheim “Qarabağ”la görüşdə komandasının hər 2 qolunu vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC