"Neftçi" Qonçarenko ilə bağlı məlumatlara cavab verib - AÇIQLAMA

"Neftçi” MOİK və “Ural”ın sabiq baş məşqçisi Viktor Qonçarenko ilə maraqlanması ilə bağlı yayılan məlumatlara cavab verib.

Presssport.az xəbər verir ki, paytaxt klubundan “Sport Express”-ə bu məlumatların doğru olmadığı bildirilib:

“Viktor Qonçarenko təcrübəli və postsovet məkanında tanınmış məşqçidir. Amma bu məlumat həqiqətə uyğun deyil”.

Qonçarenko bu il mayın sonunda “Ural”ın baş məşqçisi postundan göndərilib. Onun adı əvvəl də "Neftçi"nin ətrafında hallanıb.

Xatırladaq ki, bakılılar Musli çempionatının yeni mövsümündə keçirdiyi 9 oyundan sonra qələbəsiz qalaraq cəmi 5 xal toplayıb və turnir cədvəlində 8-ci yerdədir.

“Ağ-qaralar”ın hazırkı baş məşqçisi bu yay gətirdiyi ukraynalı mütəxəssis Roman Qriqorçukdur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC