"Qarabağ"a qalib gəlməyimiz komandamıza inamı və etibarı bir qədər də artırdı" - "Malmö"nün baş məşqçisi

"Qarabağ"a qalib gəlməyimiz komandamıza inamı və etibarı bir qədər də artırdı".

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) baş məşqçisi Henrik Ryudström klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İsveç çempionatının XXVI turunda "Vernamu" ilə oyunöncəsi danışan mütəxəssis Ağdam təmsilçisi ilə matçda qalib gəlmək üçün böyük səy göstərdiklərini və nəticədə istəklərinə çatdıqlarını söyləyib: "Bu qələbə özümüzə inamı bir qədər də artırdı. Avropa Liqasındakı qələbədən sonra bütün diqqətimizi "Vernamu" ilə görüşə yönəltmişik".

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin II turunda doğma meydanda "Malmö" ilə qarşılaşan ağdamlılar 1:2 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC