Legioner limiti Berdıyevə xüsusi problem yaratmır: "Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir, bununla belə..."

"Zirə"nin Azərbaycan çempionatında ən aparıcı klublardan biri olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil. Biz onsuz da ehtimal etmişdik ki, oyun çox çətin olacaq. İlk yarıda "Zirə"nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Üstəlik, rəqibə qol vurmaq imkanı vermədikləri üçün də təşəkkürümü bildirirəm. İkinci hsisədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi". 

Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 9-cu turunun "Zirə" ilə (1:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, ardından jurnalistlərin suallarını cavablandırıb. 

- İkinci hissədə hücumda təzyiqi artırdınız. Əvvəlcədən planlaşdırılmışdı? 

- Bəli, dəyişikliklər planlı şəkildə edildi. Üçüncü dəyişikliyi isə bilmədik ki, kimi əvəzləyək. Amma ilk ikisi öncədən düşünülmüşdü. 

- Legioner limitinin olması əl-qolunuzu nə dərəcədə bağlayır? 

- Xeyr, legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli var, o da meydana çıxanda yaxşı mübarizə aparır. 

- Birinci dövrə başa çatdı. Nəticəni qənaətbəxş hesab edirsiz? 

- Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir. Bununla belə, bu oyun və ondan əvvəlkilər də göstərdi ki, üzərində işləməli olduğumuz çox detallar var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC