Bəhlul Mustafazadə yenə millidən kənarda qaldı, yenə slovaklara qarşı heyətdə olmayacaq

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.

Bu yerdə bildirək ki, Bəhlul millimizin bunadək son matçı olan Slovakiya ilə səfər matçı öncəsi də zədə üzündən heyətdən kənarlaşdırılmışdı.

Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya milliləriylə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC