"Sabah"ın sabiq baş məşqçisi bu klubun tarixinin ən yaxşısı seçildi

“Krasnodar” tarixinin ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Presssport.az xəbər verir ki, Murad Musayev qələbələrin sayına görə hamını qabaqlayıb.

Bu göstəriciyə görə o, Oleq Kononovu da üstələyə bilib.

 Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində “Krasnodar” “Ximki”ni darmadağın edib - 4:0. Həmin qələbə Musayevin rəhbərliyi altında "öküzlər" üçün 73-cü olub. 

Onu da bildirək ki, “Krasnodar” klub tarixində ardıcıl qələbə sayında rekord nəticəyə imza atıb. Belə ki, bu, ardıcıl 8 oyunluq qalibiyyət olub. 

Xatırladaq ki, 41 yaşlı Musayev 2021-24-cü illərdə “Sabah”ın baş məşqçisi olaraq ona tarixində ilk medal qazandıran, ilk avrokuboklara çıxaran çalışdırıcısı olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC