"Neftçi"də Qriqorçuk dönəmi başa çatdı - RƏSMİ

“Neftçi” ukraynalı baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Belə ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

"Neftçi" çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 9 oyundur ki, qələbə qazanmayan "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayır. 

Xatırladaq ki, 59 yaşlı Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC