"Sabah"ın avrokuboklar üçün iştirak ərizəsi bəlli oldu

Oktyabrın 9-da “Sabah” basketbol klubu Avropa kubokunda qrup mərhələsinə start verəcək.

Presssport.az xəbər verir ki, ölkə çempionu turnir üçün iştirak ərizəsini təqdim edib.

Belə ki, Riman Kurtinaytisin komandasında aşağıdakı basketbolçular yer alıb:

Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Aydın İbrahimov, Tariel Yusifzadə, Ramiz Quliyev(hamısı Azərbaycan), Deandre Baldvin, Kameron Blue, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ) , Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna). 

Xatırladaq ki, "Sabah" ilk oyununu Belçikada yerli "Spiru"yla keçirəcək. Həmin görüşə Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC