Kütləvi Futbol Həftəsinə Ağcabədidə yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağcabədi Olimpiya Kompleksinin stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Pressssport.az 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. 

Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru, keçmiş futbol hakimi Əfqan Həmzəyev təqdim edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC