AFFA-da kurslar keçiriləcək: 100 - 300 manat

Oktyabrın 14-15-də AFFA tərəfindən Bakıda UEFA-nın “B” və “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
 Kursda iştirak üçün ödənişin məbləği:
- “C” lisenziya üçün 100 manat
- “B” lisenziya üçün 300 manat
 Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC