AŞF məşqçi-müəllimlər üçün onlayn seminarlar keçirəcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar keçiriləcək.

Presssport.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda baş tutacaq.

Seminarlara qatılmaq üçün 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.

Onlayn seminarlar oktyabrın 7-dən etibarən start götürəcək və 3 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Onu da bildirək ki, AŞF-nin Məşqçilər Komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyunda təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC