"Misli"dən Azərbaycan voleyboluna böyük dəstək - əməkdaşlıq müqavilə imzalanıb

Azərbaycan Voleybol Federasiyası (AVF) ilə “Azərlotereya” ASC-nin “Misli” brendi arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. 

Presssport.az xəbər verir ki, tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. 

İmzalanma mərasimində AVF-nin prezidenti Şahin Bağırov, “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, AVF, “Azərlotereya” ASC və voleybol klublarının rəsmiləri iştirak edib. 

Bağırov tədbirdə çıxış edərək Azərbaycan voleybolunun hər zaman ölkəmiz üçün qürur mənbəyi olduğunu və “Misli” kimi güvənli tərəfdaşla əməkdaşlığın voleybolumuzun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. 

Daha sonra Demirören çıxış edərək voleybol idmanının ölkədəki mövqeyini və idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib. Əməkdaşlığı Azərbaycan voleybolunun inkişafında yeni bir mərhələnin başlanğıcı olaraq dəyərləndirib. 

Sonda tərəflər müqaviləyə imza atıb. Müqaviləni AVF-nin İctimai Birliyinin vitse-prezidenti Bəhruz Quliyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıb.  

Mərasim iştirakçıları bu əməkdaşlığın hər iki tərəf üçün də uğurlu olmasını və voleybolçularımıza gələcək oyunlarda böyük nailiyyətlər diləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC