Minifutbol millimizin dünya çempionatında ilk qələbəsi 16:0 hesabıyla oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində böyükhesablı qələbə qazanıb.

Presssport.az xəbər verir ki, Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 16:0 hesabı ilə qalib gəlib.

Rəcəb Fərəczadənin komandası ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.

Xatırladaq ki, milli komandamız sabah Çexiya yığmasıyla üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC