Del Pyeronun qızı da "Yuventus"da oynayacaq

"Yuventus"un sabiq kapitanı Alessandro Del Pyeronun qızı Dorotea klubun gənclərdən ibarət komandasında çıxış edəcək.

Presssport.az xəbər verir ki, 15 yaşlı futbolçu Turin təmsilçisinin qadınlardan ibarət U-17 komandasının formasını geyinəcək.

Dorotea 2009-cu ildə ABŞ-da doğulub. O, Los-Ancelesdə böyüyüb və burda Amerika futbolu ilə məşğul olub. 

Xatırladaq ki, Del Piero 1993-2012-ci illərdə "Yuventus"da çıxış edib. Futbolçu klub tarixinin bombardiridi (705 maçda 290 qol).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC