Faiq Hacıyev bunu ilk dəfə "Zirə"ylə matçda yaşadı: "Gərək bütün Tovuz bir yerdə olsun ki, istədiyimizə nail ola bilək”

“Öncə azarkeşlərimizə ”çox sağ ol" deyirəm. Hər oyunda yanımızdadırlar - ev, yoxsa səfər olsun, onlar üçün fərq eləmir. Buna görə azarkeşlərimizə çox minnətdarıq. Buralara gəlməyimizin ən böyük səbəblərindən bir onlardı. Hər oyunumuza gəlmələri bizə motivasiya verir". 

Pressssport.az xəbər verir ki, bu fikirləri “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev klub internet televiziyasına açıqlamasında deyib.

Misli Premyer Liqasının ilk dövrənin son turunda Zirədə 1:0 hesabıyla qalib gəldikləri matçda sonradan meydana çıxaraq son dəqiqələrdə qələbə topunu vuran sağ cinah müdafiəçisi bununla da Premyer Liqada ilk qolunu vurub. Buna görə çox sevincli olan Faiq daha öncə “Turan Tovuz”un heyətində "Kəpəz"lə Tovuzda 2:2 hesabıyla nəticələnən kubok matçında fərqlənmişdi: “Zirə”ylə qarşılşamada qol vurmağımla qələbə qazanmağımız mənim üçün xoşdu. Amma fərqi yoxdu kim qol vurur-vursun. İnşallah, gələcək matçlarda daha yaxşı olub qələbələri sıralamaq istəyirik".

Hacıyev son vaxtlar zədə üzündən yaşıl meydandan kənarda qalnasına toxunub: “Məşqçilər, həkimlər - hamısına təşəkkür edirəm. Düzdü, zədəm o qədər də ciddi deyildi. Sadəcə, baş məşqçi dedi ki, keçən turda Şamaxıdakı görüşdə risk etməyək. Allaha şükür ki, bu oyuna gətirib məni tam hazır vəziyyətə çatdıra bildilər. Qələbə topunu da vurdum və bu, daha xoş təsadüf oldu”.

25 yaşlı futbolçu ilk dövrəni 2-ci yerdə bitirən komandasının çıxışına belə qiymət verib: “İlk dövrəni həqiqətən də yaxşı dəyərləndirdik. Düzdü, bəlkə də qələbə qazanacağımız oyunların sayı daha çox ola bilərdi. Xeyirlisi deyək. İnşallah, səhvlərimzin üzərində işləyib daha da yaxşı olmağa çalışacağıq”.əFaiq sonda azarjeçləriə səslənib: “Bizə dəstək, həmişə arxamızda olsunlar. Necə ki indəyədək dəstək olublar tovuzlu azarkeşlər. Hamımız bir olaq. Bu, tək futbolçu, məşqçi, prezidentdən bağlı olan iş deyil. Gərək bütün Tovuz bir yerdə olsun ki, istədiyimizə nail ola bilək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC