"Neftçi"də bağlı qapılar arxasında həll olunan istefa - kim Qriqorçuku, kim Terimi dəstəkləyib?

Ukrfootball.ua saytı Roman Qriqorçukun “Neftçi”nin baş məşqçisi postundan ayrılmasıyla bağlı bəzi məqamlara aydınlıq gətirib.
Presssport.az Ukraynanın adıçəkilən portalına istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin taleyi bağlı qapılar arxasında keçirilən görüşdə həll olunub.
İclasda “Neftçi”nin idman direktoru Zaur Əzizov və baş icraçı direktoru Cenk Sümər iştirak edib. Qriqorçukun istefa tələbi Əzizov tərəfindən qəbul edilməyib. Roman İosifoviçlə vaxtilə “Qəbələ”də də çalışan, həmçinin “ağ-qaralar”a baş məşqçi təyin olunmasının təşəbbüskarı olan adıçəkilən funksioner indi də vəzifəsinə davam etməsinin tərəfdarı olduğunu vurğulayıb. Sümər isə istefa qərarını dəstəkləyərək, baş məşqçi postu üçün məşhur türkiyəli mütəxəssis Fatih Terimin daha uyğun olduğunu düşündüyünü deyib. Məlum olduğu kimi, bu müzakirə 59 yaşlı ilraynalı mütəxəssisin vəzifəsindən azad edilməsiylə nəticələnib.
Xatırladaq ki, Qriqorçuku bu yay baş məşqçi postuna gətirərək 2 illik müqavilə imzalayan “Neftçi” Misli Premyer Liqasında yeni mövsümdə qələbəyə həsrət qalan yeganə komandadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC